Berlində ticarət və ofis binaları kompleksi olan “Avropa-mərkəz”də baş verən yanğın söndürülüb.
Oxu.Az-ın xəbərinə görə, bu barədə berliner-kurier yanğınsöndürmə xidmətinə istinadən məlumat verir.
Məlumata əsasən, yanğın nəticəsində xəsarət alan olmayıb.
“Avropa-mərkəz”də yanğının baş verməsi haqda məlumat yerli vaxtla saat 13:49-da (15:49 Bakı vaxtı ilə) daxil olub.
17:46
Berlində “Avropa-mərkəz” Ticarət Mərkəzində yanğın başlayıb.
Oxu.Az RT-yə istinadən xəbər verir ki, bu barədə alman KİV-i məlumat yayıb.
Məlumata əsasən, hadisə yerinə altı ədəd yanğınsöndürən texnika, çoxlu sayda canlı qüvvə cəlb olunub.
Xəsarət alanlar haqqında hələ məlumat daxil olmayıb. Hazırda hadisənin başvermə səbəbləri araşdırılır.
N.O.