Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin
Bəzi OPEC+ ölkələri neft hasilatı azaldır
Səudiyyə Ərəbistanı və BƏƏ də daxil olmaqla, bir sıra OPEK ölkələri könüllü olaraq 2023-cü ilin mayından neft hasilatını azaltmağa qərar verib.
Səudiyyə Mətbuat Agentliyinin məlumatına görə, krallıq gündəlik hasilatı 500 min barel azaldacaq. BƏƏ-də isə azalma sutkada 144 min barel təşkil edəcək.
Bundan əlavə, hasilat İraqda (-211 min barel), Küveytdə (-128 min barel), Omanda (-40 min barel), Əlcəzairdə (-48 min barel) və Qazaxıstanda ((-78 min barel) azaldacaq.
Həmçinin, Rusiya baş nazirinin müavini Aleksandr Novak Rusiyanın da hasilatı könüllü olaraq sutkada 500 min barel azaltmaq qərarını 2023-cü ilin sonuna qədər uzatdığını açıqlayıb.
Mənbə: TASS
"Əlcəzair" teqi üzrə xəbərlər
- İspaniya və Əlcəzair arasındakı sularda Rusiya gəmisi batdı
- Azərbaycanın sərhədini pozmağa cəhd göstərən Əlcəzair vətəndaşları saxlanılıblar
- "Qarabağ"ın futbolçusu "Ferents Puşkaş" mükafatına namizəddir: "Məni dəstəkləyənlər üçündür"
- Bəzi regionlardan ət məhsullarının Azərbaycana idxalına məhdudiyyət qoyuldu
- Əlcəzairin hazırkı prezidenti ikinci müddətə yenidən seçilib
Rəylər