Yəməndə davam edən silahlı münaqişə miqyasına görə müasir dünyada ən iri aclığa səbəb ola bilər.
Oxu.Az BBC-yə istinadən xəbər verir ki, bu barədə BMT-nin fövqəladə yardımın göstərilməsi üzrə koordinatoru Stiven Obrayn bəyan edib.
Məmurun sözlərinə görə, Yəmənin 10 milyon sakini ərzaq çatışmazlığından əziyyət çəkir, onların çoxunun aclıqdan ölmə təhlükəsi var. Ehtiyac içində olanların 2,2 milyonu uşaqlardır.
“Yəməndəki humanitar vəziyyət pisləşir. Silahlı münaqişənin gərginləşməsi müşahidə edilir. Ölkədə hər gün bombardman və silahlı qarşıdurmalar baş verir. Son həftə ərzində 365 hadisə haqqında məlumat almışıq”, - Obrayn bəyan edib.
Yəməndə bir neçə ildir ki, vətəndaş müharibəsi gedir. Münaqişə tərəflərindən biri “Ənsər Allah” hərəkatının sabiq prezidenti Əli Abdulla Salehə sadiq olan hərbi qol, digər tərəf isə onun qovduğu sünni prezident Abd Rabbo Mansur Hadinin qoşunları və Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi koalisiyadır.
N.O.
www.oxu.az