Britaniyanın Avropa İttifaqında gələcək taleyi ilə bağlı referendum ərəfəsində keçirilən yekun rəy sorğusu “Brexit” əleyhdarlarının çoxluq təşkil etdiyini göstərib.
Oxu.Az-ın məlumatına görə, bu barədə “The Times” qəzeti yazıb.
Son sorğuların nəticələrinə əsasən, Böyük Britaniya vətəndaşlarının 51%-i Aİ-nin sıralarını tərk etməyin əleyhinə, 49%-i isə lehinə səs verəcək.
Xatırladaq ki, Böyük Britaniyanın Avropa İttifaqında üzvlüyünə dair referendum bu gün keçirilir.