Braziliyanın Riu-Qrandi-du-Nort ştatında yerləşən və regionun ən iri həbsxanası olan Alkasus həbsxanasında ən azı 56 məhbus qaçıb.
Oxu.Az xəbər verir ki, bu barədə “Globo” məlumat yayıb.
Qeyd edilir ki, daha öncə həbsxanada qiyam nəticəsində 26 nəfər ölüb.
Yerli hakimiyyət nümayəndəsinin sözlərinə görə, qaçan məhbusların sayı daha çoxdur. Yaranan mürəkkəb vəziyyət üzündən həbsxana əməkdaşları yoxlama apara bilmədikləri üçün qaçaqların dəqiq sayı məlum deyil.
N.O.
www.oxu.az