Braziliyada sarı qızdırmaya tutulanların sayı 120 nəfərə çatıb, onlardan 47-si ölüb.
Oxu.Az TASS-a istinadən xəbər verir ki, müvafiq məlumat bazar ertəsi ölkənin Səhiyyə Nazirliyi tərəfindən açıqlanıb.
Hazırda qorxulu xəstəliyin qığılcımı respublikanın dörd regionunda qeydə alınıb. Söhbət Minas-Jerays, San-Paulu, Espiritu-Santu və Baiya ştatlarından gedir. Daha öncə qızdırmanın Federal dairə paytaxtında qeydə alındığı barədə məlumat yayılsa da, bu məlumat sonradan təkzib edilmişdi.
Bununla yanaşı, xəstəliyin aşkar edildiyi pasiyentlərin sayı 639 nəfərdir. Dəqiq diaqnoz isə hər bir halda təhlillərdən sonra 20-30 gün ərzində müəyyən ediləcək.
N.O.
www.oxu.az