Britaniya hökuməti Kabildən 200 it və pişiyin təxliyəsi üçün xüsusi çarter reysinin təşkilinə icazə verib.
Bu barədə krallığın Müdafiə Nazirliyi məlumat yayıb.
Müvafiq müraciət keçmiş dəniz piyadası, hazırda isə heyvanların müdafiəsi üzrə xeyriyyə fondunun rəhbəri Pen Farsinq tərəfindən edilib.
Hazırda onun heyvanlarla birgə Kabil hava limanında təyyarəni gözlədiyi bildirilib.
Qeyd edək ki, Farsinqin öncəki təxliyə cəhdi uğursuz olub.
Pen Farthing and his pets were assisted through the system at Kabul airport by the UK Armed Forces. They are currently being supported while he awaits transportation.
— Ministry of Defence Press Office (@DefenceHQPress) August 27, 2021