2020-ci il üçün Nobel Sülh mükafatı BMT-in Ümumdünya Ərzaq Proqramına (World Food Programme - WFP) verilib.
Bu barədə RT komitənin saytına istinadla xəbər yayıb.
Qurumdan bildirilib ki, WFP aclıqla mübarizəyə və qida təhlükəsizliyinə təşviq edən dünyanın ən böyük humanitar təşkilatdır.
BREAKING NEWS:
— The Nobel Prize (@NobelPrize) October 9, 2020
The Norwegian Nobel Committee has decided to award the 2020 Nobel Peace Prize to the World Food Programme (WFP).#NobelPrize #NobelPeacePrize pic.twitter.com/fjnKfXjE3E
“WFP aclığa qarşı mübarizə səylərinə, münaqişə bölgələrində şəraitin yaxşılaşdırılmasına verdiyi töhfəyə, aclığın müharibə silahı kimi istifadə edilməsinin qarşısının alınmasında səylərin hərəkətverici qüvvəsi kimi fəaliyyət göstərdiyinə görə mükafatlandırılıb”, - deyə komitədən bildirilib.
O da vurğulanıb ki, təşkilat 2019-cu ildə 88 ölkədə 100 milyona yaxın insana yardım edib.