İŞİD liderinin məhv edilməsi ona yaxın terrorçunun Türkiyə tərəfindən tutulmasından sonra mümkun olub.
“Cumhuriyet” qəzeti xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu bildirib.
“Biz əl-Bağdadiyə yaxın olan İtxavini tutduq və onu İraqa təhvil verdik. O terrorçuların başçısının harada gizləndiyini açıqladı”, - deyə Çavuşoğlu qeyd edib.
Xatırladaq ki, oktyabrda ABŞ prezidenti Donald Tramp İŞİD lideri Əbu Bəkr əl-Bağdadinin öldürülməsini bəyan edib. Onun Suriyanın İdlib vilayətində amerikalı xüsusi təyinatlılarının keçirdiyi əməliyyat zamanı məhv edildiyi bildirilir.