Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin
Cənubi Koreya qonşusundan qoxulu "hədiyyə" aldı: Polis hava şarlarını yığır
Şimali Koreya sərhəddən Cənubi Koreyaya 150-dən çox hava şarı göndərib.
Məlumata görə, şarların içərisində müxtəlif tullantılar - plastik butulkalar, batareyalar, ayaqqabı hissələri və hətta peyin olub.
Sərhədi keçdikdən sonra obyektlər qonşu ölkənin cənub-şərqindəki Cənubi Kyonsan əyalətinə düşüb. Ölkə silahlı qüvvələrinin baş qərargah rəislərinin komitə nümayəndəsi bildirib ki, onlar ətraflı təhlil üçün yığılıb.
"Şimali Koreyanın bu hərəkətləri beynəlxalq hüququ açıq şəkildə pozur və xalqımızın təhlükəsizliyini ciddi şəkildə təhdid edir, biz KXDR-i qeyri-insani və vulqar hərəkətlərini dərhal dayandırmağa çağırırıq", - deyə komitədən məlumat verilib.
Mənbə: Kommersant
"Şimali Koreya" teqi üzrə xəbərlər
- Tramp alış siyahısına Kuba, Tayvan və Şimali Koreyanı əlavə edə bilər
- Şimali Koreya ən yeni hipersəs ballistik raketini niyə buraxıb? - Ölkə liderindən açıqlama
- Kim Çen In ölkədə hot-doqları və boşanmanı qadağan etdi
- Şimali Koreyadan yeni ildə ilk raket buraxılışı: ABŞ-yə hədə-qorxu gəlir?
- Birinə hücum olarsa, digəri hərbi yardım göstərəcək: Rusiya və KXDR arasında sazişin TƏFƏRRÜATI
Rəylər