Çinin Yunnan əyalətində leysan yağışların səbəb olduğu daşqınlar nəticəsində 10 nəfər həyatını itirib, 1 200 nəfər evlərini tərk etmək məcburiyyətində qalıb.
Oxu.Az-ın APA-ya istinadən verdiyi xəbərə görə, bölgədə iyulun 19-dan etibarən şiddətli yağıntılar səngimək bilmir.
Təbii fəlakət nəticəsində təxminən 200 bina tam, 2400-ü isə qismən dağılıb. Birbaşa iqtisadi zərər 270 milyon yuanı (40 milyon dollara yaxın) keçib.
A.S.
www.oxu.az