Çinin “China Eastern” aviaşirkətinin stüardessası təyyarənin qapısını bağlamağa çalışarkən yerə yıxılıb.
Oxu.Az-ın "South China Morning Post"a istinadən məlumatına görə, hadisə oktyabrın 23-də Şençjen şəhərinin hava limanında baş verib.
Yerə yıxılan qadını təyyarəni uçuşa hazırlayan texniki xidmətin işçiləri görüb. Qeyd olunur ki, o, 3 metr hündürlükdən yerə yıxılıb. Qadın dərhal xəstəxanaya çatdırılıb.
Məlumata əsasən, stüardessa qapını bağlayarkən qayda pozuntusuna yol verib. Belə ki, bu proses heyətin daha iki üzvünün iştirakı ilə aparılmalı idi.
N.O.