Çinin Quandun əyalətinin Punin şəhərində tikinti kranının avtomobilin üstünə aşması nəticəsində 7 nəfər ölüb, 3 nəfər yaralanıb.
Oxu.Az-ın Trend-ə istinadən verdiyi məlumata görə, bu haqda CCTV telekanalı xəbər verib.
Qeyd olunur ki, hadisə iyulun 11-də, günün ikinci yarısında baş verib.
N.O.