Çinin Anhoy əyalətində dam örtüyü materialları daşıyan yük maşını məktəbin yanında insanların üstünə sürülüb. Hadisə nəticəsində bir uşaq ölüb, 10 nəfər müxtəlif dərəcəli xəsarətlər alıb.
Oxu.Az xəbər verir ki, bu barədə bazar ertəsi “Jenmin jibao” qəzeti məlumat yayıb.
Məlumata görə, hadisə Hefey dairəsinin Lutszyan rayonunun məktəblərinin birinin yaxınlığında baş verib. Yük maşını piyadaların üstünə sürülüb, nəticədə çox sayda elektroskuterlər aşırılıb.
Hadisə nəticəsində səkkiz yaşlı qız ölüb, dörd nəfər ağır, on nəfər isə nisbətən yüngül xəsarətlər alıb. Zərər çəkənlər xəstəxanaya yatırılıblar.
Yük maşınının sürücüsü polis tərəfindən saxlanılıb. Onun sözlərinə görə, nəqliyyat vasitəsinin əyləci işləməyib. Baş verən hadisə araşdırılır, qəzanın dəqiq səbəbləri müəyyənləşdirilir.
N.O.
www.oxu.az