Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin
Çinin dağlıq ərazisində naməlum sivilizasiyanın izləri tapıldı
Çin arxeoloqları tərəfindən Tsinhay-Sintsyan platosunun mərkəzində yerləşən gölün sahilində qədim Neolit dövrünə aid dağlıq yaşayış məskəninin qalıqları aşkar edilib.
Oxu.Az xəbər verir ki, bu barədə "Xinhua" agentliyi məlumat yayıb.
Arxeoloqlar qədim Neolit dövrünə aid yaşayış məskəninin qalıqlarını ilk dəfə 2019-cu ildə, Çinin cənub-qərbindəki Sintsyan Muxtar Rayonunda preventiv tədqiqatlar apararkən müşahidə ediblər.
Obyekt çox hündürlükdə, gediş-gəliş çətin olan ərazidə yerləşir, buna görə də, onu yaxşı öyrənmək üçün bir neçə il lazım olub. Sahə işlərindən sonra ərazinin bölgədəki ən erkən neolit yaşayış məskəni olduğu müəyyən edilib.
Bu, uzun müddət mövcud olan ən yüksək dağ yaşayış məntəqəsidir. O 4410-4430 metr hündürlükdə, Mapu Tşo kimi tanınan yerdə yerləşir.
Sintsyan Əyalətinin Mədəni Əsərlərin Qorunması və Tədqiqi İnstitutu, öz növbəsində, bildirib ki, ərazidə beş il davam edən qazıntılar zamanı zəngin eksponat kolleksiyası toplamaq mümkün olub.
Qazıntı sahəsi 1650 kvadrat metr, yaşayış məntəqəsinin özü isə, arxeoloqların fikrincə, 140 min kvadrat metrdən çox ərazini əhatə edir.
Çoxlu daş alətləri ehtiva edən tapıntıların yaşı 2000 ilə 4800 il arasında dəyişir. Aşkar edilmiş qalıqlar Mapu Tşoda insanların bir neçə min ildir davamlı olaraq məskunlaşdığını göstərir. DNT analizi göstərib ki, onlar Tsinhay-Sintsyan platosunun müasir yerli xalqlarının birbaşa əcdadlarıdır.
Rəylər