Naməlum şəxslər Dağıstanın cənubi-şərqində Şamil rayonunda federal hakimi öldürüblər.
Oxu.Az xəbər verir ki, bu barədə RİA Novosti hüquq-mühafizə orqanlarındakı mənbəyə istinadən məlumat yayıb.
“Naməlum şəxslər Ubaydula Məhəmmədovun evinə daxil olublar. Ona bir neçə dəfə atəş açıb, daha sonra gizləniblər”, - agentliyin həmsöhbəti bildirib.
Dağıstanın DİN qətl faktını təsdiqləsə də, qətlə yetirilən şəxsin adı və vəzifəsini deməkdən imtina edib. Hadisə yerində əməliyyat-istintaq qrupu çalışır.
Dağıstanda 43 federal məhkəmə: 34 rayon, səkkiz şəhər və ali məhkəmə fəaliyyət göstərir. Şamil rayonunda üç hakim: Ubaydulla Məhəmmədov, Məhəmməd Haybulayev və sədrin vəzifəsini icra edən İsrapil Məhəmmədov işləyir.