Braziliyalı qraffist rəssam Eduardo Kobra Olimpiya oyunlarından əvvəl Rio-de-Janeyroda bir binanın üstündə etdiyi nəhəng işlə “Guinness” Rekordlar Kitabına düşməyə çalışır.
Oxu.Az bu barədə xarici KİV-ə istinadla xəbər verir.
190 metr uzunluğu, 15,5 metr hündürlüyü olan və 3 min kvadratmetrlik sahədə hazırlanan rəsm əsəri üçün 1500 litr fərqli rənglərdə boya, 3500 qutu sprey boya istifadə edilir.
Bu həftə sonu tamamlanacaq əsərin adı “Etnias”dır. Əsərin tamamlanması üçün sənətçi və qrupu gündə 12 saat işləyir. Əsərdə 5 qitədən 5 insan təmsil olunur.
Aytən Sadıqzadə
www.oxu.az