Almaniyanın “Deutsche Bank”ı ABŞ-a ölkənin Ədliyyə Nazirliyinin iddialarının nizamlanması çərçivəsində vergidən yayınmaya görə 95 milyon dollar həcmində cərimə ödəyəcək.
Oxu.Az xəbər verir ki, bu barədə Nyu-Yorkun Cənub ştatının prokurorluğunun saytında deyilir.
Bəyanatda maliyyə-kredit təşkilatının saxta şirkətlər şəbəkəsindən istifadə edərək onminlərlə dollar həcmində vergini ödəməkdən yayınmağa cəhd edildiyi bildirilir.
Ştatın Cənub dairəsinin prokuroru Prit Bxarara bəyan edib ki, ABŞ hökuməti bankı vergidən yayınmanı etiraf etməyə və 95 milyon dollar həcmində cərimə ödəməyə məcbur edib.
“Deutsche Bank” rəhbərliyi isə öz növbəsində iddianın nizamlanmasına dair razılıq bildirib.
N.O.
www.oxu.az