Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin

Dilan Polatın həyatı filmə çevrilir: Məşhur şirkətlər bir-biri ilə yarışa girdilər
Ötən ilin noyabrından çirkli pulların yuyulması və vergidən yayınma cinayətlərinə görə həbsdə olan məşhur türkiyəli fenomen Dilan Polat bir neçə gün əvvəl azadlığa buraxılıb.
Polat həbsdən çıxdığı gün sosial media hesabında 500 min yeni izləyici qazanaraq gündəmdə qalmağa davam edib və film şirkətlərinin diqqətini cəlb edib.
Bu barədə Oxu.Az "Ekol Haber" nəşrinə istinadən xəbər verir.
Məlumata görə, Polatın həyat hekayəsini səhnələşdirmək uğrunda film istehsalı şirkətləri fenomenin "arxasınca düşüb".
İddialara görə, bir çox uğurlu film və serial layihələrinə imza atan istehsal şirkətləri Dilan Polatın yaşadıqlarını böyük ekranlara çıxarmaq üçün bir-biri ilə yarışırlar.
Dilan Polatın bu təklifləri qəbul edib-etməyəcəyi isə maraqla gözlənilir.
"Dilan Polat" teqi üzrə xəbərlər
- Dilan və Engin Polat cütlüyünün milyonlarla dollar dəyərində lüks avtomobilləri satışa çıxarılır
- Dilan Polat boşanır: "Yaşamaq həvəsim qalmayıb"
- Dilan Polat və əri barəsində həbs qərarı verildi
- Dilan Polatın yaxın rəfiqəsi olan "TikTok" fenomeni məktub yazaraq intihar etdi
- 40 il həbsi istənən Dilan Polatın əri də azadlığa çıxdı