Dünyanın mərkəzi bankları vahid Avropa valyutasının dəyərdən düşməsindən ehtiyat edərək özlərinin valyuta ehtiyatlarında avronun payını azaldırlar.
Oxu.Az AZƏRTAC-a istinadən xəbər verir ki, Beynəlxalq Valyuta Fondunun məlumatına görə, dünyanın mərkəzi banklarının valyuta ehtiyatlarında avronun payı keçən ilin bütün kvartallarında azalaraq ilin sonunda 22,2 faiz təşkil edib. Halbu ki, 2009-cu ildə bu göstərici 28 faiz idi.
Goldman Sachs və Citigroup kompaniyalarının analitikləri 2015-ci ilin sonlarına doğru avronun 1 dollardan da aşağı düşəcəyini istisna etmirlər.
Bu arada mərkəzi bankların ehtiyatlarında ABŞ dollarının payı keçən ilin oktyabr-dekabr aylarında 62,4 faizdən 62,9 faizə qədər yüksəlib.