2016-cı ilin birja satışlarının ilk həftəsində dünyanın ən zəngin insanlarından 400-ü 194 milyard dollara qədər pul itiriblər, Bloomberg məlumat yayıb.
Oxu.Az RNS-yə istinadən xəbər verir ki, ilin əvvəlində satışların avtomatik blok sisteminin pozulması, Çində birjaların çökməsi və neftin qiymətlərinin rekord minimuma qədər ucuzlaşması bazar üçün əsas neqativ amillər oldu.
2011-ci ildən indiyə qədər Amerika bazarları üçün ən pis satış həftəsi olan ilin ilk həftəsində 47 milyarder 1 milyarddan dollar və daha çox pul itiriblər, bunu Bloomberg Billionaires indeksi təsdiqləyir.
400 dünya sahibkarlarının ümumi vəziyyəti ilin birinci həftəsində indeks çərçivəsində 3,7 trilyon dollardan ibarət olub, bu göstərici keçən il 4 trilyon dollardan ibarət olub.
Amazon şirkətinin təsisçisi Cef Bezos digərlərindən daha çox vəsait itirib, ən iri onlayn mağazasının aksiyalarının dəyərinin 10% azalmasından sonra onun sərvəti 5,9 milyard dollar azalıb. Bezos dünyanın ən varlı adamlarının dördlüyünə daxildir. 2015-ci ildə öz gəlirlərini 2 dəfədən çox artırmışdı.
Microsoft-un təsisçisi Bill Geytsin sərvəti birinci həftə ərzində 4,5 milyard dollar azalıb, 79,2 milyard dollardan ibarət olub. Dünyanın ən zəngin insanlarından olan Amansiya Orteqanın sərvəti 3,4 milyard dollar azalaraq 69,6 milyard dollardan ibarət olub.