Əfqanıstanda toy keçirilən yaşayış binasına raket düşməsi nəticəsində 14 nəfər həlak olub.
Oxu.Az Milli.Az-a istinadən bildirir ki, aralarında qadınlar və uşaqlar olan 45 nəfər yaralanıb.
Olay Əfqanıstanın cənubundakı Cilmənd vilayətinin Səncin rayonunda, əfqan hərbçilərlə taliblər arasındakı döyüşdə baş verib.