“Əl-Qaidə” terror təşkilatının Yəməndəki bölməsinin rəhbəri Parisdəki terror aktına görə məsuliyyəti öz üzərinə götürüb.
Bu barədə Associated Press məlumat yayıb.
Bildirilir ki, qruplaşma lideri məsələ ilə bağlı video-bəyanat yayıb, Oxu.Az xəbər verir.
Bundan əvvəl Yəmən hökuməti ƏQƏY-in (“Əl-Qaidə” Ərəbistan yarımadasında) Parisdəki terror aktlarına aidiyyatı olub-olmaması istiqamətində araşdırmaya başlamışdı.
Daha sonra çıxış edən ABŞ-ın Baş prokuroru Erik Holder Parisdəki terror aktlarını “Əl-Qaidə”nin törətdiyini təsdiqləyən informasiyanın olmadığını söyləmişdi.