Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin
Elçin Əmirbəyov: “Aİ rəsmilərinin Azərbaycanın “ekspansionizmi” ilə bağlı açıqlamaları əsassızdır”
Azərbaycan Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyov Cozep Borrelin Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanla birgə mətbuat konfransında Azərbaycan əleyhinə səsləndirdiyi iddialara münasibət bildirib.
“Brussels Signal”a açıqlama verən Elçin Əmirbəyov Avropa İttifaqının Xarici Əlaqələr və Təhlükəsizlik Xidmətinin rəhbəri Cozep Borrelin açıqlamasını reallığı əks etdirməyən fikirlər kimi qiymətləndirib.
Fikrinin davamında E.Əmirbəyov qeyd edib ki, bəzi Avropa İttifaqı rəsmilərinin Azərbaycanın “ekspansionizmi” ilə bağlı açıqlamaları əsassızdır.
Elçin Əmirbəyov vurğulayıb ki, Azərbaycanın Ermənistan ərazisinə iddiası yoxdur.
Azərbaycan rəsmisi əlavə edib ki, Qarabağ Azərbaycan Respublikasının beynəlxalq səviyyədə tanınmış ərazisidir və ölkə bu yaxınlarda bütün ərazisi üzərində suverenliyini tam bərpa edib.
Xatırladaq ki, ötən gün Cozep Borrel və Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Brüsseldə görüşüblər. Görüşdə regiondakı vəziyyət və Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması prosesi də müzakirə olunub.
"Avropa İttifaqı (Aİ)" teqi üzrə xəbərlər
- Lavrov Rusiya və Ermənistan münasibətlərini mürəkkəb adlandırdı
- Politoloq: "Aİ-nin Ermənistandakı missiyasının uzadılması Rusiya və Azərbaycan əleyhinə addımdır"
- Yoxsulluq, çöküş - Avrasiya İqtisadi Birliyindən çıxacağı təqdirdə Ermənistanı nə gözləyir?
- Paşinyandan istifadə edib atacaqlar: Niyə Ermənistan heç vaxt Aİ-yə qəbul edilməyəcək?
- Rusiyadan Ermənistana xəbərdarlıq
Rəylər