Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığının rəhbəri general Cozef Votelin bəyanatını sərt tənqid edib.
Oxu.Az-ın məlumatına görə, bu barədə cümə günü, iyulun 29-da, The Hürriyet Daily News nəşri xəbər verir.
“Amerikalı general qiyamçıları dəstəkləyir. Belə bir bəyanatla, o özünü ifşa etdi (...) Siz kimsiniz? Buna siz qərar verəcəksinizmi? Siz çevriliş cəhdinin qarşısını alan bu dövlətə təşəkkür etmək əvəzinə, qiyamçıların yanında dayanırsınız. Onların lideri (nurçuların lideri Fətullah Gülən - red.) sizin ölkənizdə yaşayır”, - nəşr Ərdoğanın sözlərini sitat gətirir.
Qeyd edək ki, C.Votel Türkiyədəki hərbi çevriliş cəhdindən danışarkən bildirmişdir ki, Türkiyə hökumətinin baş verənlərə reaksiyası Pentaqonun bölgədəki əməliyyatlarına zərər verəcək.