Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Belarusa səfər edəcək. Ərdoğanın Minsk səfərinin hazırlanmasını Belarus prezidentinin köməkçisi Vsevolod Yançevski və Türkiyə prezidentinin baş iqtisadi müşaviri Cemil Ertem müzakirə ediblər.
Oxu.Az BELTA-ya istinadən xəbər verir ki, tərəflər iki prezidentin rəhbərliyi altında həyata keçiriləcək layihələr də daxil olmaqla, iri Belarus-Türkiyə investisiya layihələrinin realizəsi perspektivlərini müzakirə ediblər.
Belarus və Türkiyə prezidentlərinin görüşünün nəticəsi üzrə müqavilələrin yerinə yetirilməsi məqsədi ilə aprelin 13-də İstanbulda Türkiyə prezidentinin Belarusa səfəri də müzakirə edilib.