Türkiyənin yeni seçilən prezidenti Rəcəb Tayyib Ərdoğan rəhbəri olduğu Ədlət və İnkişaf Partiyasının sədrliyindən istefa verib.
Oxu.Az Gün.Az-a istinadən xəbər verir ki, R.T.Ərdoğan bu barədə partiyanın bu gün keçirilən qurultayında çıxış edərkən bəyan edib.
R.T.Ərdoğan prezident seçildiyi üçün partiya sədrliyindən imtina edib.
Qeyd edək ki, AKP-yə sədrliyə Türkiyənin hazırki xarici işlər naziri Əhməd Davudoğlu namizəddir.