Heydər Əliyev Sarayı yeni konsert mövsümünü sentyabrın 19-da “İsti payizin sərin nəğmələri” adlı musiqili-əyləncəli konsert proqramı ilə açacaq.
Bu haqda Oxu.Az-a Heydər Əliyev Sarayının mətbuat xidmətindən məlumat verilib.
Konsertdə ölkənin tanınmış sənətçiləri Səbinə Babayeva, Səlim Abbasov, Sevda Yahyayeva, Nurlan Növrəsli, Günay İbrahimli, Murad Sadıx, Amil Həsənoğlu, Kənan Qədimov, Pərviz Abdullayev,Nicat Məhərrəmov, Nicat Cəfərzadə, Elçin Cəfərov, Gülay Qədirova, Elnur Zeynalov, “Cəngi” rəqs ansamblı və başaqları iştirak edəcək.
Konsert saat 19:00-da başlayacaq. Biletlərin qiyməti 10 manatdan – 30 manata qədərdir. Biletləri şəhərimizin kassalarından əldə etmək olar.
Aytən Sadıqzadə
www.oxu.az