Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbulun Atatürk aeroportunda baş verən terror aktında Dağıstan, Qırğızıstan və Tacikistan vətəndaşlarının aidiyyəti olduğunu bildirib.
Oxu.Az bu barədə RİA Novosti-yə istinadən xəbər verir.
“Bu insanlar vasitəsilə mühüm və konkret nəticələrə gəlib çıxa bilərik... Gördüyünüz kimi, bu Dağıstan, Qırğızıstan, Tacikistan vətəndaşlarıdır. Təəssüf ki, bu qonşu və yaxın ölkələrdir”, - o bəyan edib.
Türkiyə rəhbərinin sözlərinə görə, terror aktı ilə əlaqədar saxlanılan şəxslərin sayı 30-a çatıb.