Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin

Ərdoğan: “Türkiyə Aİ-dən cavab gözləyir” - VİDEO
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan cümə günü bildirib ki, ölkəsi üçün vizasız rejimə keçid və üzvlük danışıqlarının canlandırılması ilə bağlı Avropa İttifaqından (Aİ) cavab gözləyir.
“İndi biz Avropa İttifaqından cavab gözləyirik. Vilnüsdə NATO sammiti çərçivəsində biz Avropa İttifaqına üzv bütün ölkələrin liderləri ilə bu məsələləri ətraflı müzakirə etdik. Onların hamısı ilə görüşlər keçirdik və dedik ki, 52 ildir qapıda gözlətdiyiniz Türkiyəyə qarşı müsbət addımların atılmasını arzulayırıq”, - dövlət başçısı İstanbulda jurnalistlərin viza liberallaşdırılması və Avropaya inteqrasiyanın bərpası perspektivləri ilə bağlı sualını cavablandırarkən deyib.
Qeyd edək ki, R.T.Ərdoğanın Avropa liderləri və Aİ rəhbərliyi ilə təmasları nəticəsində Türkiyənin Avrointeqrasiya prosesinin intensivləşdirilməsi ilə bağlı müəyyən razılaşmalar əldə olunub. Xüsusilə, Türkiyənin bu məsələdə əsas hədəfləri arasında vizaların ləğvi və Aİ Gömrük İttifaqı çərçivəsində əməkdaşlıq kimi məsələlər var.

Mənbə: A Haber
"Avropa İttifaqı (Aİ)" teqi üzrə xəbərlər
- Son söz yenə də Azərbaycanındır: İrəvan isə tələsir
- Tramp BMW-yə qarşı: Avtomobil nəhəngi zərərləri hesablayır
- Avropa Komissiyası hərbi kəşfiyyat peykləri şəbəkəsi yaratmaq istəyir
- Orban Macarıstandan Aİ-yə 12 tələb irəli sürdü
- Əgər Kreml atəşkəsə razılaşmasa... - Avropanın təhlükəsizliyinin qarantı kim olacaq?