"ABŞ və İran arasında əldə edilən razılaşmanı regionumuzda sülh və əmin-amanlığın təmin olunması istiqamətində mühüm bir irəliləyiş kimi dəyərləndirir, bunu böyük məmnuniyyətlə qarşılayıram".
Oxu.Az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan sosial şəbəkə hesabındakı paylaşımında bildirib.
"Bütün dünyanın uzun müddətdir ehtiyac duyduğu bu xəbərin bölgəmizdə daimi sabitlik və təhlükəsizlik mühitinin yaradılmasına səbəb olmasını səmimi qəlbdən arzulayıram.
Sazişin imzalanacağı günə qədər olan mərhələdə gərginliyi artıra biləcək ritorikadan, təxribatlardan və addımlardan çəkinməyin, eləcə də mümkün sabotaj cəhdlərinə qarşı diqqətli olmağın vacibliyini xüsusilə vurğulayıram.
Bu müsbət nəticənin əldə edilməsində ABŞ və İran rəhbərləri başda olmaqla, göstərdiyi xüsusi vasitəçilik səylərinə görə Pakistana öz minnətdarlığımı bildirirəm.
Həmçinin, Qətər və Səudiyyə Ərəbistanının diplomatik təşəbbüslərə verdiyi dəstəyi təqdirəlayiq hesab etdiyimi diqqətə çatdırmaq istəyirəm.
Türkiyə bölgəmizdə sülhün, sabitliyinin və əmin-amanlığın bərqərar olması üçün göstərilən bütün səyləri dəstəkləyir. Diplomatiya və beynəlxalq hüquqa söykənən həll yollarına öz töhfəmizi verməyə davam edəcəyik", - deyə Türkiyə lideri bildirib.
Qeyd edək ki, Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərif ABŞ ilə İran arasında sülh sazişinin əldə olunduğunu açıqlayıb.
ABD ve İran arasında varılan mutabakatı, bölgemizde sulh-u sükûnun hâkim kılınması adına önemli bir gelişme olarak görüyor, memnuniyetle karşılıyorum.
— Recep Tayyip Erdoğan (@RTErdogan) June 14, 2026
Tüm dünyanın uzun süredir ihtiyaç duyduğu bu haberin bölgemizde kalıcı huzur ve güven ortamının tesisine vesile olmasını…