Baş nazir Karen Karapetyanın Ermənistanın Respublika partiyasının sıralarına daxil olduqdan sonra, 7000 vətəndaş partiyanın sıralarına qəbul olmaq üçün ərizə ilə müraciət ediblər.
Oxu.Az erməni nəşri “Joxovurd”a istinadən xəbər verir.
“Eduard Şarmazanovun (ERP mətbuat katibi, parlamentin vitse-spikeri) bəyanatını və təqdim edilən məlumatları şübhə altına alınmır, amma “Jamanak”a məlum olub ki, insanlar tərəfindən bu addım heç də baş nazirə olan məhəbbətdən atılmayıb.
Son günlərdə yanacaqdoldurma məntəqələrinin, rayon administrasiyalarının işçilərini ERP sıralarına daxil olmağa məcbur edirlər, İnsanlar ERP ofislərinə getmirlər, hazır ərizələr iş yerinə gəlir və orada doldurulur”, - nəşr yazır.
N.O.
www.oxu.az