Ermənistan prezidenti Serj Sarkisyan Rusiya prezidenti Vladimir Putinin dəvəti ilə Rusiyaya rəsmi səfərə gəlib.
Oxu.Az erməni KİV-nə istinadən xəbər verir ki, səfər çərçivəsində Sarkisyan Putin ilə görüş keçirəcək və Qarabağ münaqişəsinin tənzimlənmə prosesini müzakirə edəcək.
Ermənistan prezidenti, həmçinin MDBMİ-də olacaq, institutun professor-müəllim heyəti və tələbələri ilə görüşəcək, onlar qarşısında çıxış edəcək.
N.О.
www.oxu.az