Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisinin müavini Enriko Apriamov avtomobildə olarkən qəzaya düşüb.
Oxu.Az-ın Report-a istinadən verdiyi xəbərə görə, bu barədə Ermənistan KİV-i məlumat verir.
Ermənistan Müdafiə Nazirliyinin mətbuat katibi Artsrun Ovannisyan E.Apriamov və sürücüsünün müxtəlif dərəcəli xəsarətlər aldığını bildirib.
Onların həyatı təhlükədə deyil.
Yol qəzası Qəmərli şəhərinə gedən yolda baş verib.
N.O.