Litvanın 15min.lt saytının müxbiri Skirmantas Malinauskas Ermənistanda olub və ölkə haqqında yazdığı essedə Dağlıq Qarabağ münaqişəsinə də toxunub.
Bu barədə Oxu.Az Virtualaz.org-a istinadən xəbər verir.
Müəllif qeyd edir ki, münaqişə indiyədək tüstülənir.
“Bu ilin yazında açıq müharibə qızışdı və bütün dünyanın diqqəti buraya cəmlənmişdi. Ermənistanda siz heç bir yerdə aşkar şəkildə asılmış Azərbaycan bayrağı tapmazsınız. “Ararat” konyak zavodu istisna olmaqla.
“Ararat” zavodunda konyak çəlləyinin yanında beş ölkənin bayrağı var - Azərbaycan, Fransa, Rusiya, ABŞ və Ermənistan bayraqları. Bu sırada tanınmamış “Dağlıq Qarabağ Respublikası”nın da bayrağı var. Çəllək və bayraqlar buraya 1994-cü ilin may ayında, Bişkek şəhərində Dağlıq Qarabağ üzrə atəşkəs haqqında saziş imzalanan zaman qoyulub.
Deyilənə görə, çəllək münaqişə sülh yolu ilə həll olunacaqdan sonra açılacaq. Lakin çətin ki, bu, yaxın zamanlarda baş versin”, - Malinauskas qeyd edir.

S.B.
www.oxu.az