Ermənistanın hüquq-mühafizə orqanları daha bir hərbi hissədə fırıldaqları araşdırır.
Oxu.Az erməni mətbuatına istinadən xəbər verir ki, “N” saylı hərbi hissənin arxa cəbhə üzrə komandir müavini Vigen Petrosyan və ərzaq xidmətinin rəisi Eduard Aleksanyan, “Avanqard” MMC-nin baş mütəxəssisi Karen Qriqoryanla birlikdə təxminən 3 milyon drama yaxın pulu mənimsəməkdə təqsirləndirilərək müttəhimlər kürsüsündə əyləşiblər.
İstintaq zamanı məlum olub ki, Vigen Petrosyan Karen Qriqoryan və Eduard Aleksanyanla əlbir olaraq, dövlətə 2 mln. 799 min dram məbləğində maddi ziyan vurub.
Vigen Petrosyan həbs edilib. Digər iki nəfərdən isə başqa yerə getməmək haqqında iltizam alınıb.
N.O.
www.oxu.az