Ermənistanda bütöv bir nazirlik ləğv edilib.
Oxu.Az "News.am" portalına istinadən xəbər verir ki, Ermənistanın Şəhərsalma Nazirliyi Şəhərsalma üzrə Dövlət Komitəsinə çevrilib.
Bu barədə qərar hökumətin oktyabrın 13-də keçirilən iclasında qəbul edilib.
Dəyişikliklər Ermənistanın yeni baş naziri Karen Karapetyan tərəfindən hökumətdə başladılan islahatlar çərçivəsində həyata keçirilir.
N.O.