Ermənistanın hüquq-mühafizə orqanlarının əməkdaşları ölkənin Armavir vilayətində silah tapmaq məqsədilə axtarış əməliyyatları həyata keçirirlər.
Oxu.Az xəbər verir ki, bu barədə erməni mediası məlumat yayıb.
"Əldə etdiyimiz məlumata əsasən, bu gün səhər saatlarından etibarən polis və İstintaq Komitəsi Armavir vilayətində genişmiqyaslı axtarışlara start verib. Mənbəmizin sözlərinə görə, təhlükəsizlik qüvvələri silah və döyüş sursatı axtarışındadır", - deyə məlumatda qeyd olunub.
Əməliyyat tədbirlərinin ümumilikdə 20 fərqli ünvanda aparıldığı vurğulanır.
Qaynar xətt:
(055) 224 12 12