Ermənistanda tələbələr parlamentin binası qarşısında “Hərbçilərin və hərbi xidmətin statusu haqqında” qanun layihəsinə etiraz aksiyası keçiriblər.
Оxu.Az Ermənistan KİV-ə istinadən xəbər verir ki, yeni qanun layihəsində tədrislə bağlı möhlət hüququ nəzərdə tutulmayıb.
“Təxminən hər il 140 tələbə aspiranturaya qəbul olur. Əgər möhlət verilməzsə, onlar elmlə məşğul olmaqdan məhrum ediləcəklər”, - aksiya iştirakçılarından biri vurğulayıb.
N.H.
www.oxu.az