Gürcüstanın eks-prezidenti, Odessa rayonunun sabiq qubernatoru Mixeil Saakaşviliyə Prezident Administrasiyasından onun vətəndaşlıqdan məhrum edilməsi barədə sənədlər təqdim edilib.
Bu barədə Oxu.Az “RİA Novosti”yə istinadən xəbər verir.
Məlumata əsasən, Saakaşvili tezliklə bu qərardan şikayət verməyə hazırlaşır.
"Nəhayət, biz Prezident Administrasiyasından mənim vətəndaşlıqdan məhrum edilməyim haqqında sənədləri almışıq. Bu gün və ya sabah məhkəməyə gedib şikayət verəcəyik", - M.Saakaşvili deyib.
Xatırladaq ki, bir müddət əvvəl Ukrayna prezidenti Petro Poroşenko M.Saakaşvilini Ukrayna vətəndaşlığından məhrum edib.
N.O.