Filippin sahillərində 6.9 bal maqnitudalı yeni zəlzələ qeydə alınıb.
Oxu.Az xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat verib
Qeyd olunur ki, təbii fəlakətin episentri Mati şəhərindən 71 km şimal-şərqdə yerləşib. Zəlzələnin ocağı 10 km dərinlikdə olub.
Yerli hakimiyyət orqanlarının məlumatına görə, altı nəfər həlak olub. Sunami təhlükəsi elan edilib.
Qeyd edək ki, bu gün Filippində 7.4 bal gücündə daha bir zəlzələ baş verib. İki nəfərin öldüyü bildirilib.
Filippində zəlzələdən sonra əhalinin təxliyəsi həyata keçirilir.
Oxu.Az-ın "Phillipine News Agency" portalına istinadla verdiyi xəbərə görə, bu barədə ölkə başçısı Ferdinand Markos göstəriş verib.
Bütün vətəndaşlara sahil zonalarından uzaq durmaq, fövqəladə hallar üzrə yerli şuraların nümayəndələrinin göstərişlərinə əməl etmək və ayıq-sayıq olmaq tövsiyə olunub.
Filippində, Bakulin yaşayış məntəqəsindən 33 km cənub-şərqdə 7.4 maqnitudalı zəlzələ baş verib.
Oxu.Az-ın məlumatına görə, bu barədə ABŞ Geoloji Xidməti məlumat yayıb.
Yeraltı təkanlar Qrinviç vaxtı ilə 01:43-də (Bakı vaxtı ilə 5:43) qeydə alınıb.
ABŞ seysmoloqları və meteoroloqlarının proqnozlarına görə, zəlzələdən sonra Filippinin ayrı-ayrı rayonlarında 1-dən 3 metrə qədər hündürlükdə sunami dalğaları mümkündür.