Filippinin silahlı insident baş vermiş “Resorts World Manila” hotel kompleksində 34 nəfərin meyiti aşkar olunub.
Oxu.Az Report-a istinadla xəbər verir ki, bu barədə cümə günü yerli polisə istinadən “Kyodo” agentliyi məlumat yayıb.
Qeyd olunur ki, ölənlərin əksəriyyəti otelə hücum edən naməlum şəxsin törətdiyi yanğın nəticəsində boğulub. İnsident zamanı, həmçinin 54 nəfər dəm qazından zəhərlənib.
Bəzi məlumatlara görə, hücum edən şəxs özünə qəsd edib, digər məlumatlara əsasən isə polis tərəfindən öldürülüb.
1 iyun, 23:03
Filippinin paytaxtı Manila şəhərində mehmanxana kompleksində atışma və partlayış baş verib.
Oxu.Az-ın RİA Novosti-yə istinadən xəbərinə görə, hadisə nəticəsində ən azı 25 nəfər yaralanıb.
Şahidlərin sözlərinə görə, hücum edən şəxslər mehmanxananın ərazisində yerləşən kazinoları yandırıblar.
Xilasedicilər bildiriblər ki, binada hələ onlarla insan qalıb. Partlayışdan sonra özünü binadan atan bir neçə nəfər ağır xəsarətlər alıb.
S.B.
www.oxu.az