Bu il fizika üzrə Nobel mükafatı Rayner Vays, Barri Bariş və Kip Torna verilir. Alimlər mükafata LIGO detektoru ilə qravitasiya dalğalarını aşkar etdikləri üçün layiq görülüblər.
Oxu.Az-ın məlumatına görə, bu barədə İsveş Kral Elmlər Akademiyası məlumat verib.
Bu il Nobel mükafatının məbləği 9 milyon İsveç kronu (1,1 milyon dollar) təşkil edir.
N.O.