Amerikanın Florida ştatının polisi üç nəfəri öldürəndən sonra hadisə yerindən qaçan adamı axtarır.
Oxu.Az bu barədə RT-yə istinadən xəbər verir.
“CBC News” Palm-Biç hakimiyyətinə istinadən xəbər verir ki, atışma barədə yerli vaxtla 22:30-da (Bakı vaxtı ilə saat 07:30) məlum olub. Hadisə yerinə gələn polis əməkdaşları üç nəfərin meyitini aşkar ediblər.
Şəhər sakinlərinə öz evlərində qalmağı, qapıları bağlı saxlamağı və şübhəli bir şey gördükdə polisə zəng etmək tövsiyə edilib.
N.O.
www.oxu.az