Fransanın baş naziri Manuel Vals bazar ertəsi hökumətin istehfası barədə elan edib.
Oxu.Az BBC-yə istinadən xəbər verir ki, Fransa prezidenti Fransua Olland istehfanı qəbul edib və Valsa “onun ölkə üçün planlarına cavab verən” yeni nazirlər kabinetinin yığılması barədə göstəriş verib.
Daha öncə Baş nazir və iqtisadiyyat naziri Arno Montebur arasında ciddi fikir ayrılığı olması məlum idi.
Ötən istriahət günlərində Montebur bəyan edib ki, sərt iqtisadi siyasət, ölkənin iqtisadiyyatının inkişafının qarşısını alır və Almaniyanın təsiri altında aparılan siyasi kursu dəyişməyə çağırıb.