Fransada Lion şəhərinin yaxınlığındakı Növill-sür-Son kommunasının sakini öz sahəsində ümumi dəyəri təxminən 700 min avro olan qızıl külçələr və sikkələrdən ibarət xəzinə aşkar edib.
Oxu.Az xəbər verir ki, bu barədə "France Info" radiostansiyası məlumat verib.
Qeyd olunur ki, tapıntı plastik paketlərə bükülmüş beş qızıl külçədən və çoxlu sayda qızıl sikkələrdən ibarətdir.
Hakimiyyətin məlumatına görə, xəzinənin gizlədildiyi sahənin əvvəlki sahibi vəfat edib, buna görə də qiymətli əşyaları gizlədən şəxsin kimliyi naməlum olaraq qalır.