Almaniyanın Hamburq şəhərində “G-20” sammitinə etiraz edən kütlə ilə polis arasında toqquşma baş verib.
Oxu.Az Teleqraf.com-a istinadla xəbər verir ki, etirazçılar polis avtomobillərinə və məntəqələrinə hücum ediblər.
Məlumatlara görə, insidentlər zamanı 130 polis xəsarət alıb. Onlar yaxınlıqdakı xəstəxanalara çatdırılıblar.
Məlumatlara görə, etirazçılar polislərə daş və dəyənəklərlə hücum edib. Təhlükəsizlik işçiləri nümayişçilərə qarşı rezin güllələrdən, su şırnaqlarından və gözyaşardıcı qazdan istifadə edib.
N.О.