Antalyanın Serik rayonunda yerli vaxtla saat 13:21-də 4.9 bal gücündə zəlzələ baş verib.
Oxu.Az-ın xəbərinə görə, bu barədə Türkiyənin Fövqəladə Halların İdarə Edilməsi Agentliyindən (AFAD) məlumat verilib.
Məlumata görə, zəlzələ 28.25 kilometr dərinlikdə qeydə alınıb.
Türkiyənin Antalya şəhərinin Konyaaltı rayonunda zəlzələ baş verib.
Oxu.Az xəbər verir ki, bu barədə Təbii Fəlakət və Fövqəladə Hallar Agentliyi (AFAD) məlumat yayıb.
Bildirilib ki, yerli vaxtla 03:31-də 4.3 maqnitudalı yeraltı təkanlar qeydə alınıb.
Zəlzələ ocağı 20.75 kilometr dərinlikdə yerləşib.
AFAD-ın məlumatına görə, zəlzələ nəticəsində dağıntı və insan itkisi qeydə alınmayıb.