“Gmail” poçt servisi 1 milyard istifadəçi həddinə çatdı.
Bu barədə Oxu.Az “Google”un baş direktoru Sundar Piçainin elanına istinadən xəbər verir.
“Gmail” “Google”un bir miyarddan artıq istifadəçi toplayan yeddinci məhsuludur. “Search”, “Chrome”, “Android”, “Google Play”, “Maps” və “YouTube” milyarddan çox istifadəçisi olan servislərdir.
Bundan başqa “Piçay” istifadəçilərin poçt servisinin mobil proqramının “ağıllı cavab” funksiyasını layiqincə qiymətləndirdiyini də bildirib, istifadəçilərin təxminən 10%-i cavabı robota məktub ünvanlamaq hüququna üstünlük verirlər.