Almaniyanın Hamburq şəhərində Rusiya Prezidenti Vladimir Putinin qaldığı “Park Hyatt” hotelinin təhlükəsizlik xidmətinin əməkdaşlarına hücum edilib.
Oxu.Az Report-a istinadən xəbər verir ki, bu barədə yerli polisdən məlumat verilib.
Həmin hoteldə Vladimir Putinlə yanaşı, Cənubi Koreyanın prezidenti Mun Çje və Avstraliyanın baş naziri Malkolm Ternbull da qalır.
Qeyd edək ki, iyulun 7-8-də Almaniyanın Hamburq şəhərində “Böyük-20”-liyin zirvə toplantısı keçirilir.
N.O.